Müşviq Şahverdiyev: "Elə dövlət işçisi tanıyıram ki, bahalı maşını var, amma..."

ŞOU-BİZNES 07 iyl 2021, 13:55
Avtosfer.az-la Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür»ün bu həftəki qonağı aktyor Müşviq Şahverdiyev oldu. 

Şən zarafatları, yumor dolu filmləri, tamaşaları ilə insanları güldürməyi bacaran aktyor yollara çıxarkən çox gərgin olur. Aktyor bildirir ki, yayın istisində çəkilişlər etmək onsuzda çətindir, bir də bu yollardakı vəziyyət onu lap hövsələdən çıxarır. Müşviq Şahverdiyev piyadalar mövzusunda da çox həssasdır. Adətən sürücülər çox zaman piyadaları günahlandırır, amma o, düşünür ki, hər bir sürücü piyada zolağına çatanda yavaşlamalıdır:

«Bizim ailəmiz də evdən çıxıb yollarda piyadaya çevrilir, bizim kimi bir sürücü ona yol verməyib vursa necə olacaq. Piyadalara yol vermək lazımdır».

Parklanma məsələsi kimin yaralı yeri deyil ki, Müşviqin də olmasın:

«İki maşının yerini tutur, səliqəli saxlamır, bu zolaq kiminçün çəkilib görəsən». Aktyor avtomobili çox hövsələ ilə idarə edir, o, yalnız rayon yollarında sürətli sürdüyünü bildirir. Şəhərdə özünü göstərənlərə isə heç cürə haqq qazandıra 

«Təzə bulvarın yanında özlərini göstərib 200-lə sürənlər çoxdu, nə mənası var axı. Özünüzü də bədbəxt edəcəksiz başqasını da». Önü qaldırılan «Niva»ları sürənlər isə başqa bir dünyadır. Aktyor onların da bu işdən nə zövq aldığını anlamır. O, deyir ki, bəlkə də deyəcəklər sən hardan biləsən bunun ləzzətini, amma inanın ki, əsl ləzzət komfortlu bir avtomobildə, kondisionerdə əyləşib, keyflə yol getməkdir.

Müşviqi tanımayan bir azərbaycanlı ola bilməz, elə ona görə də o, yollarda da tanınmışlığının faydalarından çox yararlanır:
«Bir də görürüsən düşür arxamca yanıma çatanda istəyir səsini qaldırsın, deyir ooo Müşviq bəy, bir az ehtiyyatlı ol da çıxmışdın üstümə, sonra da başlayır filmlərimdən danışmağa və unudulur hır sey».

Sürücülərin səbrsizliyindən şikayətlənən aktyor sonda onlara çoxlu səbr arzuladı. 

Buyurun izləyin. 



undefinedundefined

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top