ABŞ üç nəfər İran vətəndaşına qarşı sanksiyaları ləğv edib

DÜNYA 05 iyl 2021, 20:19
ABŞ Maliyyə Departamenti üç nəfər İran vətəndaşına qarşı sanksiyaları ləğv edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ hökumətinin İranın raket proqramı ilə bağlı olduğunu güman etdiyi “Mammut Diesel” şirkətinin icraçı direktoru Məhəmməd Rza Dezfulian, “Mammut İndustrial Group” şirkətinin səhmdarları Behzad Firdövs və Mehrzad Firdövs sanksiya siyahısından çıxarılıb.

Maliyyə Departamentindən bildiriblər ki, bu addım İrana qarşı sanksiya siyasətində hər hansı dəyişikliyə dəlalət etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top