Deputat: “AZAL qiymətləri azaltmalıdır”

İNFRASTRUKTUR 02 iyl 2021, 17:46
"Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var, ancaq, təkcə təyyarəsi yoxdur".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin Zaqataladan seçilmiş deputatı Elşən Musayev təmsil etdiyi rayonun hava limanında bir təyyarənin belə olmamasına görə AZAL-ı tənqid edərkən deyib.

Deputat bildirib ki, insanları təyyarə üzünə həsrət qoymaq olmaz:

"AZAL qiymətləri azaltmalıdır. Biletlərlə insanın cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir-AZAL! Bundan əvvəlki iclasda da həmkarım Qənirə Paşayeva bu məsələni gündəmə gətirmişdi".

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top