“Zəngəzur dəhlizinin açılmasında həm Rusiya, həm də Türkiyə maraqlıdır” — MÜSAHİBƏ


GÜNDƏM 01 iyl 2021, 13:03
Türkiyədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında dünən keçirilən danışıqlarında Cənubi Qafqazdakı vəziyyət, həmçinin Qarabağ mövzusu müzakirə edilib.

Caliber.Az-a müsahibəsində Yeni Türkiyənin Öyrənilməsi Mərkəzinin direktoru Yuri Mavaşyev Türkiyədə keçirilən danışıqları və regiondakı vəziyyəti şərh edib.

“Qarabağ məsələsində Moskva və Ankara tərəfdaşdırmı?” sualını cavablandıran ekspert, bu məsələnin böyük ölçüdə Rusiyadakı siyasi qüvvələrin balansından asılı olduğunu bildirib.

“Erməni lobbisinin ölkəmizdə kifayət qədər güclü olduğu və ölkənin siyasi sisteminə çoxdan daxil olduğu məlumdur. Müvafiq olaraq, indi hər şey əsasən liderlərin, onların yaxın çevrəsini təşkil edən bəzi siyasətçilərin mövqelərində əksini tapır.

Bu konteksdə əsas məsələ Zəngəzur dəhlizinin açılması, həmçinin regionda dəmiryolu əlaqəsinin mümkün blokdan çıxarılması perspektividir. Mənim fikrimcə, bu məsələdə həm Rusiya, həm də Türkiyə tərəfi eyni şəkildə maraqlıdır”, - deyə ekspert bildirib.

Y.Mavaşyevin fikrincə Rusiya Prezidenti Vladimir Putin üçün Bakının mövqeyi tamamilə qəbulediləndir:

“Şübhə etmirəm ki, sülh sazişi bağlamaq məsələsində Kreml Ermənistan rəhbərliyinə təzyiq göstərəcək. Hər kəsə aydındır ki, bu həm regionun bütün ölkələri, həm də dünya üçün həyati əhəmiyyətlidir. Bu müharibəyə nöqtə qoymaq gərəkdir. Hələlik bu nöqtəli vergüldür. İstənilən halda nəticədə Nikol Paşinyanın partiyasının qalib gəldiyi Ermənistandakı seçkilərin siyasi yekunları, Şuşa Bəyannaməsi, eləcə də Bakının İrəvanla sülh sazişi imzalamağa hazır olması (Azərbaycanın Prezident İlham Əliyevin açıqlamalarını xatırlayaq) Cənubi Qafqazdakı vəziyyəti keyfiyyətcə dəyişdirir.

Bütün sağlam qüvvələrin destruktiv elementlərin qarşısını almaq üçün bu vəziyyətdən konstruktiv mənada istifadə etmələri lazımdır. Xüsusilə, bölgə xaricindəki oyunçuların təsirindən söhbət gedir”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top