Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparıldı

İNCƏSƏNƏT 30 iyn 2021, 16:57
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib: "Bilirsiniz ki, atam ötən il insult keçirmişdi. Səhhətində hazırda ciddi problem yoxdur. Sadəcə növbəti müayinə və müalicə üçün gedib".(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top