Beşəmlərin valideynləri əkizlərə Prezident və birinci xanımın ad qoymağını İSTƏYİRLƏR

SOSİAL 29 iyn 2021, 14:34
İyunun 12-də Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi. Aradan 17 gün keçsə də, körpələrə hələ ad qoyulmayıb.

Beşəmlərin valideynləri bir müddət öncə Modern.az-a bildirmişdilər ki, xəstəxanadan çıxdıqdan sonra uşaqlara ailənin ağsaqqalları tərəfindən adlar veriləcək.

Amma bu gün əməkdaşımıza məlum olub ki, ailə qərarını dəyişib. Uşaqlara adların Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın qoymasını istəyirlər.

Bu haqda Modern.az-a beşəmlərin anası Lamiyə Mürşüdlü bildirib:

“Biz öncə fikirləşirdik ki, uşaqların adları nənə-babaları tərəfindən qoyulsun. Lakin sonradan həkimlər məlumat verdilər ki, biz prezidentimiz tərəfindən nəzarətə götürülmüşük, dövlət başçısı və birinci xanımın qayğısı üzərimizdədir.

Bu xəbərdən sonra nənə-babalarla məsləhətləşərək qərara gəldik ki, uşaqlarımızın adlarını Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qoysun”

Qeyd edək ki, beşəmlər və onların anası hələ də xəstəxanadan çıxmayıb, onların  müalicəsi davam etdirilir. 

Körpələrdən ikisinin durumu digərlərilə müqayisədə yaxşı deyil və onlara - 2 rezuslu qan axtarılır. Həkimlər deyirlər ki, əkizlər yarımçıq doğulduqlarına və çəkiləri az olduğuna görə, bu problem normal haldır.

Xatırladaq ki, körpələrdən dördü oğlan, biri qızdır. 



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top