Azərbaycanda XXI əsr müharibələrinin tələblərinə cavab verən Komanda Məntəqəsi quruldu

HƏRBİ 26 iyn 2021, 16:05
Azərbaycanda yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi qurulub.

Demokrat.az xəbər verir ki, məntəqə Vətən müharibəsində aparılan döyüşlərin təcrübəsi nəzərə alınmaqla ərsəyə gətirilib.

Belə ki, yeni qurulan Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.

Məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolokasiya vasitələrinin, radiotexniki kəşfiyyatın, radioelektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir.

Qeyud edək ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə məlumat verilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top