Türkiyə səfiri: "Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır"

XARİCİ SİYASƏT 21 iyun 2021, 11:32
“Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır. Bu sənəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməyə yönəlmiş bir anlaşmadır. Şuşa bəyannaməsinin tarixi əhəmiyyəti önümüzdəki illərdə daha da aydın olacaq”.

Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Onun sözlərinə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfəri tarixi bir səfər idi: “Həm Qars sazişinin 100 illik yubileyi, həm də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Şuşa bəyannaməsi imzalandı. Bu anlaşma ilə Azərbaycan regionda daha güclü ölkə olduğunu sübut etdi”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top