Operativ Qərargah məlumat yaydı

SOSİAL 20 iyn 2021, 17:06
Azərbaycanda bu gün 32 795 nəfər vaksinasiya olunub.

Demokrat.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 802 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 989 458, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 949 635, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 039 823 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top