FIFA Meksikanı cəzalandırdı

İDMAN 19 iyn 2021, 19:33
FIFA Meksika Futbol Federasiyasına sanksiya tətbiq edib.

Demokrat.az xəbər verir ki, buna Meksika yığmasının azarkeşlərinin cinsi şüarları səbəb olub. Fanatlar Dominikan Respublikası (18 mart) və ABŞ (24 mart) milliləri ilə görüşlərdə belə hərəkətə yol veriblər.

Ali futbol qurumunun İntizam Komitəsinin qərarına əsasən, Meksika yığması DÇ-2022-nin qarşıdakı iki seçmə oyununu azarkeşsiz keçirəcək. Federasiya isə 60 000 İsveçrə frankı (təqribən 55 000 avro) cərimə ödəyəcək.

Qeyd edək ki, növbəti oyunlar sentyabrın 2-də Yamaykaya və oktyabrın 7-də Kanadaya qarşı olacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top