Niderland səfiri Taleh Ziyadovla görüşdü — FOTO

İNFRASTRUKTUR 18 iyn 2021, 22:35
Bu gün Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovla görüşüb.

QSC-dən Demokrat.az-a verilən məlumata görə, görüşdə vurğulanıb ki, bu ilin 5 mart tarixində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında Anlaşma Memorandumu imzalanıb. 

Memoranduma əsasən, Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahədə çalışmaq istəyən şəxslər Niderlanda 4 aylıq təlim-tədris proqramına cəlb ediləcəklər. Eyni zamanda, 26 noyabr 2019-cu il tarixində Bakı Limanı ilə Niderlandın “Cabooter Group” şirkətləri arasında Orta Dəhliz vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədilə saziş imzalanıb və gələcəkdə bu sahədə də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. 

Baş direktor vurğulayıb ki, Bakı Limanında Avropadan Çinə daşınan yüklərin daha operativ qaydada aşırılmasını təmin etmək məqsədi ilə intermodal terminalının tikintisi nəzərdə tutulur ki, bu sahədə də Niderland Krallığında fəaliyyət göstərən şirkətlərlə geniş əməkdaşlığın edilməsi xoş olardı.
Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, içəridə və office şəkili ola bilər
Bir 6 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top