Bir ay əvvəl yaranan şirkət 30 min manatlıq tenderin qalibi oldu — FOTOFAKT

GÜNDƏM 18 iyn 2021, 10:54
Azərbaycan Respublikası DİN Polis Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Romana” MMC (VÖEN- 1805331361) olub.

Demorkat.az xəbər verir ki, "Romana” MMC Polis Akademiyası sifarişi ilə bu qurum üçün nəqliyyat vasitələrinin cari təmirini həyata keçirəcək və ehtiyat hissələri satacaq.

Qeyd olunan işlər üçün Polis Akademiyası "Romana” MMC-yə 29 min 996 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, "Romana” MMC – 03.05.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Polis Akademiyası tender müsabiqəsini 02.06.2021-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi bir ay əvvəl yaranıb.

Onu da bildirək ki, "Romana” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi bir ay əvvəl yaranan və 30 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sanunçu ŞTQ, Şəhər Şossesi dön. 5, ev 11 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Camal Kamal oğludur. 

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi bir ay əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top