“ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putinin heç bir əhəmiyyət kəsb etməyən görüşü başa çatdı. Putin növbəti dəfə əsasən Rusiyanın təxribatçı jurnalistləri ilə mətbuat konfrans keçirdi və özünün necə ağıllı və möhtəşəm dövlət başçısı olduğunu göstərmək istədi”.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.
R.Quliyev bildirib ki, Putinin sivil dünya ilə heç bir əlaqəsi yoxdur: “Baydenlə görüşdə heç bir konkret məsələ həll edilmədi. Çox maraqlıdır, bu görüşün nəticəsini Bayden də, Avropa İttifaqının liderləri də əvvəlcədən bilirdilər. Ona görə əhəmiyyətsiz görüşün keçirilməsinin məqsədini mən başa düşə bilmədim. Mənim kimi yüzlərlə siyasətçi də bir şey anlaya bilmədi. Belə çıxdı ki, bu görüşün məqsədi Putinin bu günə qədər Navalnının əleyhinə, Ukraynanın işğal edilmiş torpaqları nə üçün azad edilməyəcəyi barədə söylədiyi nağılların Cenevedə təkrar etməsi üçün imiş. Təəsüflər...”.
Demokrat.az