Mehman Əliyev: “Şuşa bəyannaməsi Ermənistanda revanş istəyən qüvvələrə mesaj idi”

GÜNDƏM 16 iyn 2021, 15:33
“Şuşada imzalanan bəyannamə hər iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. 30 illik işğaldan və Ermənistanın məğlubiyyəti ilə nəticələnən müharibədən sonra azad edilən Şuşada sammitin keçirilməsi və bəyannamənin imzalanması revanş istəyən qüvvələrə mesaj idi”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

O, Şuşada Azərbaycan və Türkiyə arasında imzalanan bəyannamənin tarixi əhəmiyyətindən söz açıb:

“İmzalanan bəyannamə həmçinin Azərbaycanın regionda sülh və əməkdaşlıqla bağlı təklif mesajı oldu. Həmçinin imzalanan sənəd iki ölkə arasında mühüm sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Sənəddə nəzərdə tutulan ən vacib məsələ odur ki, tərəflərdən biri silahlı hücuma məruz qalarsa, dövlətlər bir-birlərinə hərbi kömək edə biləcək. Hər iki tərəf təhlükəsizliyə yönələn təhdid və çağırışların aradan qaldırılması məqsədilə də əməkdaşlıq edəcəklər. Sənəd həmçinin Qarabağda sülhün formalaşmasında da  vacib rol oynayacaq”. 

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top