Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olundu

QARABAĞ 16 iyn 2021, 13:42
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.

Qeyd edək ki, Ə.Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Onun son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Ə.Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Ə.Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top