Kürdəxanıda çirkab suları dənizə axıdılır — VİDEO

SOSİAL 14 iyn 2021, 15:03
Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində çirkab suları dənizə axıdılır.

Demokrat.az xəbər verir ki, bu vəziyyət uzun müddətdir ki, davam edir. 

Bunun əsas səbəbi isə ərazidə kanalizasiya xəttlərinin olmamasıdır. Belə ki, qəsəbədəki evlərdə yığılan çirkab suları Zabrat gölünə, oradan da Xəzərə axılıdır. Bu ərazidə çimərlik var və çirkab sularının  dənizə axıdılması insanların sağlamlığı üçün təhlükəlidir. Bu, həmçinin Xəzərin biomüxtəlifliyi üçün də ciddi təhlükə deməkdir.

Qeyd edək ki, bu günə qədər problemin həlli ilə bağlı müraciətlər olsa da, aidiyyatı qurumlar məsələyə biganə yanaşır. 



Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top