Tbilisidə yük maşını xəstəxananın həyətinə aşdı — Ölən var


DÜNYA 12 iyn 2021, 22:09
Gürcüstanın paytaxtı Tbilisidə ağır yol qəzası baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Krtsanisi küçəsi ilə hərəkət edən yük avtomobilinin sürücüsü idarəetməni itirərək bir neçə maşınla toqquşub.

Yük maşını daha sonra yol kənarında yerləşən xəstəxananın həyətinə aşıb. Əraziyə çox sayda xilasedici, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

Hadisə zamanı üç nəfər xəsarət alıb, bir nəfər ölüb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top