İdarə rəisinin oğluna aid avtomobil kolleksiyası — FOTOLAR

SOSİAL 12 iyn 2021, 00:35
"Mənə məlum olan bu avtomobil kolleksiyası Dövlət Miqrasiya Xidməti nəzdindəki Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi İntiqam Behbud oğlu Məmmədovun oğlu Əhmədli Elgiz İntiqam oğlunundur. O, 10-EX-002 dövlət nişanlı bir neçə avtomobil idarə edir".

Demokrat.az
-ın xəbərinə görə, bu sözləri sosial şəbəkə hesabında tanınmış bloger Həbib Müntəzir paylaşıb.

H.Müntəzir, məsələ ilə bağlı digər təfərrüatları da qeyd edib:

"Həmçinin, 99-TZ-555 dövlət nişanlı avtomobillər də onundur. Avtomobillərin markaları bunlardır: 

Mercedes CLS-Class, BMW X5M Black, Toyota Land Cruiser, Porsche Panamera 4S. Maraqlıdır bir dövlət xidmətinin nəzdindəki idarə rəisinin bu qədər sərvəti hardandır ki, onun övladları yüzminlik avtomobillər sürürlər?" - deyə bloger sual edir.





Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top