Almaniya Azərbaycanı riskli ölkələr siyahısından çıxardı

XARİCİ SİYASƏT 11 iyun 2021, 19:59
Almaniya hökuməti Azərbaycanı COVID-19 riski altında olan bölgələr siyahısından çıxarıb.

Demokrat.az bildirir ki, yerli KİV-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan "Robert Koch" İnstitutu məlumat yayıb.

Azərbaycanla bərabər siyahıdan ABŞ, Avstriya, Ukrayna və Moldova da çıxarılıb.

Həmçinin, Kanada, Bosniya və Herseqovina, Livan, Çernoqoriya, Şimali Makedoniya, Serbiya, Kipr, Yunanıstanın bir sıra bölgələri, İsveçrə, Xorvatiya, Norveç, Portuqaliya da artıq bu siyahıda yer almır. Dəyişikliklər iyunun 13-dən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, adıçəkilən ölkələrin risk bölgələri siyahısından xaric edilməsi, buradan Almaniyaya gələn insanların bir sıra tələblərdən azad olmasını da nəzərdə tutur. Xüsusilə, onların Almaniyaya girişlə bağlı xüsusi qeydiyyat aparmaları, gəlməzdən əvvəl COVID-19 testi vermələri və ölkəyə daxil olduqdan sonra bir sıra karantin qaydalarına əməl etmələrinə ehtiyac olmayacaq./Virtualaz.org

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top