Kəmaləddin Heydərov əmr imzaladı

SOSİAL 11 iyn 2021, 18:28
Fövqəladə Hallar Nazirliyi AVRO-2020-nin bir neçə oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. 

Demokrat.az xəbər verir ki, nazirlik bu barədə məlumat yayıb.

Bildirilib ki, Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, Nazirlikdə Qərargah yaradılıb.

Həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı hotellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb.

Bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top