Türkiyə səfiri: “Qarabağ üçün istehsal yönümlü inkişaf planları hazırlanır”


İQTİSADİYYAT 07 iyn 2021, 21:57
“Azərbaycanın neft məhsullarının ticarəti sahəsində ən böyük tərəfdaşı Türkiyədir”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkəsinin Ticarət Nazirliyinin və İxracatçılar Məclisinin təşkil etdiyi onlayn görüşdə bildirib.

O, həmçinin deyib ki, Qarabağdakı qələbədən sonra iki ölkə arasında münasibətlər daha da inkişaf edib: “Müdafiə və aviasiya sektorlarında əməkdaşlıqda ciddi bir artım var. Azərbaycanın yeni inkişaf strategiyası Qarabağın bərpasını, bunun hesabına qeyri-neft gəlirlərinin artırılması, iqtisadiyyatın daha da şaxələndirilməsini nəzərdə tutur. Bölgə üçün istehsal yönümlü inkişaf planları hazırlanır. Qardaş ölkənin potensialı xüsusilə “Orta Dəhliz”ə investisiya yatırılması baxımından böyük əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 2,132 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top