“Dərsliklərdə torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad etdiyimiz xüsusi vurğulanmalıdır”

GÜNDƏM 07 iyn 2021, 13:55
"Yeni dərsliklərin tenderi zamanı məhz II Qarabağ savaşının daha dolğun əks olunduğu dərsliklərə üstünlük verilməlidir. Dərsliklərdə 30 il ərzində işğal altında olan torpaqlarımızı məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad etdiyimiz xüsusilə vurğulanmalıdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

Deputatın sözlərinə görə, gənc nəsil ibrət götürməlidir ki, Vətən torpaqlarını 1980-90-ci illərdə olduğu kimi "hədiyyə" vermək olmaz: "Çox yaxşı olar ki, bütün dərsliklərdə Vətən müharibəsinin tarixi və qəhrəmanları mövzusuna geniş yer verilsin. Zəfər tariximiz gələcək nəsillər üçün örnək olmalı, xüsusən məktəblilər bu barədə ətraflı məlumatlandırılmalıdırlar. Hesab edirəm ki, yeni dərsliklərin tenderi zamanı məhz II Qarabağ savaşının daha dolğun əks olunduğu dərsliklərə üstünlük verilməlidir. 30 il ərzində işğal altında olan torpaqlarımızı məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad etdiyimiz xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, Vətən müharibəsi mövzusuna istər orta ümumtəhsil məktəblərində, istərsə də ali məktəblərin tarix kitablarında yer verilməsini vacib hesab edirəm. Hətta təkcə dərsliklərlə kifayətlənmək olmaz, qələbəmizlə bağlı həmçinin yeni filmlər çəkilməli, ciddi ədəbi əsərlər yazılmalıdır. Qəhrəmanları hər kəsə örnək göstərmək lazımdır ki, xalqımızın övladları Vətənə daha da bağlansınlar. Məktəb dərsliklərində istifadə edilməsi üçün uşaqlar üçün şeirlər, qısa hekayələr də yazılıb uşaqların oxuması üçün dərsliklərdə dərc olunmalıdır. Gənc nəsil ibrət götürüb bilməlidir ki, 1980-90-ci illərdə olduğu kimi torpağı "hədiyyə" vermək olmaz. Bildiyimiz kimi, 1988-ci ildən bəri xeyli torpaqlarımız xəyanətkarlıq və səriştəsizlik ucbatından işğala məruz qalıb".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top