Türkiyə səfirliyində "Dünya Səhər Yeməyi Günü" tədbiri — FOTO


SOSİAL 06 iyn 2021, 20:54
Türkiyənin Bakıdakı səfirliyində “Dünya Səhər Yeməyi Günü” ilə bağlı tədbir keçirilib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının ev sahibliyi ilə keçirilən tədbirə sənətçi Azərin və səfirlik əməkdaşları qatılıb.

Demokrat.az
xəbər verir ki, koronavirus pandemiyası səbəbi ilə məhdud şəkildə təşkil edilən tədbirdə ənənəvi məşhur “Van səhər yeməyi” hazırlanıb.

Səfir Cahit Bağcı qonaqlara Vanın səhər yeməyi mədəniyyəti ilə bağlı məlumat verib.

Van Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə 1 iyun 2014-cü il tarixində Van şəhərində təşkil edilən səhər yeməyi tədbirində 51793 nəfər iştirak edib və bu tədbir ən böyük iştirakçısı olan səhər yeməyi tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olub.

Türkiyənin tanıdılmasına böyük töhfə verən Van səhər yeməyi mədəniyyəti xarici təmsilçiliklərdə digər xarici nümayəndəliklərin  iştirakı ilə qeyd olunur.





 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 12:52
Top