Azərbaycanda səfər sığortası üzrə ödənişlər 5 dəfə azalıb


MALİYYƏ 05 iyn 2021, 21:25
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə 467 min manat sığorta haqqı toplanılıb.

Demokrat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,3% azdır.

Hesabat dövründə bu növ sığorta üzrə ödənişlər isə 38 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 79,8% və yaxud təxminən 5 dəfə azdır.

4 ay ərzində səfər sığortası üzrə yığımlar ümumi yığımların 0,14%-ni, ödənişlər isə ümumi ödənişlərin 0,02%-ni təşkil edib. Bu nisbətlər ötən ilin eyni dövründə müvafiq olaraq 0,25% və 0,18% təşkil edib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top