MTRŞ Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat yaydı

GÜNDƏM 04 iyn 2021, 14:21
"İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən "AZTV" kanalının operatoru Sirac Abışov və "AzərTAC" İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov minaya düşərək həlak olmuş, bir neçə şəxs yaralanmışdır. Milli Televiziya və Radio Şurası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyir".

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilmişdir. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olmuş və ya yaralanmışdır. Daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi prosesini Ermənistan həyata keçirmir.

"Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edirik", - bəyanatda vurğulanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top