Gədəbəydə tövlədə saxlanılan 87 yaşlı qadın müəssisəyə yerləşdirildi — FOTO

SOSİAL 03 iyn 2021, 23:01
Tövlədə bağlanılaraq saxlanılan Gədəbəyin İvanovka kəndinin sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənova Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Murad Həşimov bildirib.

Qeyd olunub ki, burada onun sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər həyata keçirilib.

Xatırladaq ki, Gədəbəydə qadına qarşı zorakılıq göstərən şəxsə cinayət işi açılıb.


Gədəbəydə tövlədə saxlanılan 87 yaşlı qadın müəssisəyə yerləşdirilib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top