"Hər dəfə benzinin qiyməti qalxdıqca, digər məhsulların da süni qiymət artımının şahidi oluruq" — Deputatdan ETİRAZ

GÜNDƏM 02 iyn 2021, 09:44
"Aİ-95 markalı benzinin qiymətinin qalxması heç də yaxşı xəbər olmadı. Sürücülərin, vətəndaşlarımızın narahatlığı başadüşüləndir. Bizi ən çox narahat edən məsələ isə benzinin qiymətinin qalxma səbəbləridir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Aİ-95 markalı benzinin qiymətinin qaldırılmasına münasibət bildirərkən deyib. 

O, bildirib ki, bu marka benzinin qiymətinin artması digər sahələrə də təsir göstərəcək:

"Bu növ benzinin istehsalı Azərbaycanda həyata keçirilməyib. Biz neft ölkəsiyik, bizim kifayət qədər potensialımız var. Bu benzin növünü də özümüz istehsal etsəydik, burda qiymət artımı olmazdı. Bizim sürücülərimiz də bu qədər xərcə düşməzdilər. 

Təəssüflər olsun ki, hər dəfə benzinin qiyməti qalxdıqca, digər məhsulların da, xüsusilə ərzaq məhsullarında da süni qiymət artımının şahidi oluruq. İstəməzdik ki, belə hallar olsun. 

Düşünürəm ki, aidiyyatı qurumlar digər məhsullarda süni qiymət artımının qarşısını almağa çalışmalıdırlar. Bu yolla əhalini daha çətin vəziyyətə düşməkdən qoruya bilərik".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top