Qanunsuz ət kəsimi yerləri söküldü — FOTO


HADİSƏ 31 may 2021, 22:05
Bakının Suraxanı rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində reydlər keçirilib.

Bu barədə AQTA məlumat yayıb.

Reyd zamanı rayonun Z.Şərifov, N.İsmayılov, Y.Eyvazov, Ə.Mehbaliyev küçələri  və Yeni Günəşli qəsəbəsində (D və AB massivi) fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub.

Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sen 2021, 23:37
Top