MHP-nin Şuşada məktəb açmasına heç bir maneə yoxdur — SON ANDA

QARABAĞ 29 may 2021, 22:42
"Əvvəlcədən razılaşdırılmış məsələlər gündəmdədir"

Dəqiq və mötəbər bilgi: "Əvvəlcədən razılaşdırılmış məsələlər gündəmdədir və bununla bağlı hər hansı dəyişiklik yoxdur".

Bu barədə Musavat.com xəbər yayıb.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri, Azərbaycanda da sevilən Dövlət Baxçalının (Devlet Bahçelinin) Şuşadakı məktəblə bağlı açıqlaması hər kəsdə təəccüb yaradıb.

Özünün tvitter hesabında məlumat yayan hörmətli Dövlət bəy bildirib ki, Azərbaycan yönətimi MHP -nin layihəsini qəbul etməyib, yeni layihə hazırlayıb. Buna görə də MHP "okul layihəsindən vaz keçir".

Bu açıqlama illərdir Dövlət bəyin fikirlərini yayan, təbliğatını aparan media quruluşu olaraq, "Yeni Müsavat"ı da narahat və məyus edib. 

Media Qrupu ən müxtəlif instansiyalarla əlaqə saxlayıblar, işin əslini öyrənməyə çalışıblar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top