Ermənistanın müharibə itkilərinin sayı 5 300 nəfəri ötdü

QARABAĞ 29 may 2021, 09:09
2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 mayına qədər Ermənistanda ikinci Qarabağ müharibəsində həlak olmuş 3 753 hərbi qulluqçunun meyiti məhkəmə-tibb ekspertizasından keçirilib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Mayın 25-ə olan məlumata əsasən həlak olmuş hərbi qulluqçuların meyitlərindən və qalıqlarından götürülmüş 48 analiz nümunəsi hələ yoxlanılmayıb.

Mətbuat isə qeyd edib ki, mayın 24-ə qədər Qarabağda itkin düşmüş hesab edilən 1 557 nəfərin meyiti tapılıb. Onların bir hissəsi ermənilərin apadıqları axtarışlar zamanı aşkarlanıb. Meyitlərin bir qismini isə Azərbaycan qarşı tərəfə təhvil verib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın vitse-spikeri Tiqran Avinyan ölkə parlamentində iddia edib ki, 44 günlük müharibədə həlak olan erməni hərbçilərinin sayı 4 000 min nəfəri ötməyəcək. Lakin Səhiyyə və Müdafiə nazirliklərinin son açıqlamaları Ermənistanın ikinci Qarabağ müharibəsindəki itkilərinin sayının 5 310 nəfər olduğunu göstərir. Qeyd edək ki, bu da son deyil. Müdafiə Nazirliyi müharibədə onlarla hərbi qulluqçusunun itkin düşdüyünü, axtarışların hələ davam etdirildiyini açıqlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top