Rəsmi Parisdən sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA

SİYASƏT 27 may 2021, 23:07
"Fransa Ermənistanla Azərbaycan arasında sərhəddə artan insidentlərdən - ən sonuncusu mayın 26-dan 27-nə keçən gecə 6 erməni əsgərinin Azərbaycan qoşunları tərəfindən əsir götürülməsindən dərin narahatlığını bildirir".

Demokrat.az
xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Fransa tərəfləri maksimum təmkinli olmağa və hər hansı bir təxribatdan çəkinməyə çağırır. İki ölkə arasındakı sərhədin demarkasiyası və delimitasiyası tərəflər arasındakı danışıqlar çərçivəsində həyata keçirilməlidir” - deyə Fransa Xarici İşlər Nazirliyi Prezident Emmanuel Makronun 13 may tarixli açıqlamasını xatırladaraq qeyd edib./Modern.az 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top