Rəşid Mahmudov: "Bu təxribatı təşkil edən Rusiyadır"


GÜNDƏM 27 may 2021, 09:09
"Ermənilər 44 günlük Vətən müharibəsində biabırcasına məğlub olduqdan sonra indi də təxribata can atırlar. Çalışırlar ki, bizi təxribata cəlb etsinlər, amma Azərbaycan tərəfi bunu başa düşdüyü üçün hər şeyə təmkinlə yanaşır".

Demokrat.az xəbər verir ki, bunu tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib:

“Ermənilər 44 günlük Vətən müharibəsində biabırcasına məğlub olduqdan sonra indi də təxribata can atırlar. Çalışırlar ki, bizi təxribata cəlb etsinlər, amma Azərbaycan tərəfi bunu başa düşdüyü üçün hər şeyə təmkinlə yanaşır. Bu təxribatı təşkil edən isə Rusiyadır. Bununla yanaşı, bu təxribatları Paşinyan da təşkil etdirə bilər ki, seçkilərə qədər vaxt əldə etsin. Bu ermənilər xəstə, bədbəxt toplumdurlar. Biz isə ehtiyatımızı əldən verməli deyilik. Ermənilərdən hər şey gözləmək olar. Ordumuz genişmiqyaslı təlimlərə başladı və bütün bunlar hamısı vacibdir. Biz həmişə ermənilərdən üstün olmalıyıq. Biz postlarımızı möhkəmləndirməliyik ki, növbəti dəfə bu cür təxribata can atmasınlar”.

R.Mahmudov ermənilərin tarix boyu əsassız yerə torpaq davası etdiyini bildirib: 

“Ermənilərdə hər şey yalanın üzərində qurulub. Bunların nə torpağı, nə də dövləti olmayıb. Bütün dünyanı bu yolla aldadırlar. 1915-ci ildə ruslardan silah alıb türkləri qırıblar və türklər də onları ölkəsindən qovub. İndi hər yerə car çəkib iddia edirlər ki, türklər bizi qırıb və bu soyqırım kimi qəbul olunmalıdır. 

Bunlar Qarabağı işğal etdilər, amma orda yaşamağa adamları olmadı. Hər yeri xarabalığa çevirib Kəlbəcər və Zəngilandan ancaq qızıl daşıdılar. Bir şey də var ki, ermənilər bilirdilər ki, vaxt gələcək bu torpağın sahibləri qayıdacaq. Ona görə Qarabağda yaşayışı bərpa edə bilmədilər”.(moderator.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top