28 yaşlı gənc həmkəndlisi tərəfindən güllələndi


KRİMİNAL 26 may 2021, 10:14
İmişlidə güllənənmə hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, rayonun Çaxırlı kənd sakini, 1993-cü il təvəllüdlü Alıyev Alı Tariyel oğlu həmkəndlisi, 1966-cı il təvəllüdlü Cəfərov Yadigar Əkbər oğlu ilə aralarında yaranan münaqişə zəminində qolundan və qarın nahiyəsindən çoxsaylı güllə yaraları alıb.

A. Alıyev hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə vəziyyəti ağır olduğu üçün Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top