Yaponiyada ailə daxili zorakılıq halları 60 faiz artıb

DÜNYA 22 may 2021, 19:07
Yaponiyada ailə daxili zorakılıq halları 2020-ci ildə 2019-cu maliyyə ili ilə müqayisədə 60 faiz artaraq 190 min hadisəni keçib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabineti 2020-ci ilin martından 2021-ci ilin martınadək olan dövrlə bağlı hesabatında bildirib.

Məlumata görə, ötən maliyyə ilində 70 754 hadisə ailə daxili zorakılıq olub. Hesabat ilində isə bu rəqəm 19 030-dək artıb.

Koronavirusa görə ailə üzvlərinin evdə daha çox vaxt keçirmələri artımın başlıca səbəblərindən biri olaraq göstərilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top