Çingiz Abdullayev qatil tərəfindən tapança ilə vurulması iddiasına cavab verdi — VİDEO

ƏDƏBİYYAT 22 may 2021, 13:03
Azərbaycanın Xalq yazıçı Çingiz Abdullayev illər əvvəl qatil tərəfindən tapanca ilə vurulması iddiası barədə verilən sualı cavablandırıb.

Yeniavaz.com xəbər verir ki, Çingiz Abdullayev əməkdaşlarımızla müsahibəsi zamanı haqqında deyilən məlumatlar və bir çox iddialara cavab verib. Yazıçı illər əvvəl tapanca ilə vurulması barədə yayılan məlumatları təkzib nə də təsdiq edib:

“Bəlkə də baş verib, yadımda deyil. Amma mən tapançadan yaxşı atəş aça bilirəm. Bu sahədə çempion olmuşam. Bir dəfə jurnalistlər məni yoxlayıblar. Getmişdik elektron tirə. Orada 5 quldurdan 4-nü öldürdüm, 1-ni isə yaraladım. Bu düzdür”.
 


Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top