ABŞ-ın daha bir şəhərində Azərbaycan Günü elan edildi — YENİLƏNİB/VİDEO

DİASPOR 21 may 2021, 22:52
ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meri Coy Kuper 2021-ci il mayın 28-nin Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

“Report” xəbər verir ki, mer bəyannaməni Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edib. Özünü Azərbaycanın dostu adlandıran C.Kuper Hallandenl-Biç şəhərinin Azərbaycan icmasınada ev sahibliyi etməsindən qürur hissi keçirdiyini deyib.

C.Kuper dünyada yaşayan 46 milyondan çox azərbaycanlının hər il 28 may tarixini Azərbaycanın Respublika Günü kimi qeyd etməsi ilə azərbaycanlıların öz əcdadlarının mirasina sahib çıxdıqlarını və harada yaşamalarından asılı olmayaraq tarixlərini qoruyub saxladıqlarını deyib.

Mer Cuper 2006-cı ilin 26 oktyabr tarixində yaradılan və Floridada aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının üzüvlərinə uğurlar arzulayıb.

20:22

ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Daniella Cava 2021-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

“Report"un yerli bürosu xəbər verir ki, qərar Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın müraciəti ilə alınıb.

T.Eminova şəhər meri ilə görüşdə Azərbaycanın müstəqillik tarixi haqqında danışıb, ölkəmizin qədim və zəngin mədəniyyətindən bəhs edib.

Şəhər meri Floridadada yaşayan azərbaycanlıların fəaliyyətini alqışladığını bildirib və onların regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa xidmət etdiklərini deyib. D.Cava Azərbaycan Respublika Günü elan olunması ilə bağlı bəyannamənin Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.

Amerikalı mer mayın 28-ni Azərbaycan Respublika Günü elan edərək Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırıb.

ABŞ-ın Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2021-ci il mayın 28-ni Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.

Qərar Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın təşəbbüsü ilə qəbul olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top