Deputatın qardaşı oğlu vətəndaşın maşınını qanunsuz axtarışa cəlb edib? — DİN-dən AÇIQLAMA


HADİSƏ 21 may 2021, 16:02
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Rzayev Rahib Fəxrəddin oğlu və Əliyev Nicat Mirələm oğlunun vətəndaşın avtomobilini öz şəxsi avtomobilləri ilə təqib edərək, qanunsuz axtarışa cəlb etmələri ilə bağlı iddialar yayılıb.

Bildirilib ki, adı çəkilən polis əməkdaşı Rzayev Rahib Fəxrəddin oğlu millət vəkili Tahir Rzayevin qardaşı oğludur.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupu tərəfindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədi rayon Kəbirli kənd sakini 1995-ci il təvəllüdlü Əşrəf Əşrəflinin idarə etdiyi avtomobildə silah saxlaması barədə Rayon Polis Şöbəsinə məlumatı daxil olub:

“Həmin məlumat əsasında polis əməkdaşlarının 19 may tarixində həyata keçirdiyi tədbirlərlə Əşrəf Əşrəfli və sərnişin qismində əyləşən Samirə Səfərova ilə birlikdə saxlanılaraq RPŞ-yə gətirilib. Polis Şöbəsində avtomobilə baxış keçirilən zaman oradan bir ədəd 4.5 millimetr kalibrli P900 GAMO markalı pnevmatik tapança və üzərində kustar üsulla bərkidilmiş lazer nişangahı aşkar olunaraq götürülüb. İş üzrə müvafiq ekspertiza təyin edilib”.

“Hazırda faktla bağlı Ağcabədi RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır”, - deyə DİN-dən qeyd edilib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
19 sen 2021, 08:30
Top