Deputat: “Bəzi dövlətlər Azərbaycanın zəfərini həzm edə bilmir”

GÜNDƏM 21 may 2021, 12:00
“Azərbaycana qarşı bir sıra dövlətlərin qeyri-konstruktiv yanaşmasının şahidi oluruq”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın 44 günlük zəfərini bir sıra dövlətlər həzm edə bilmir: “Bunun heç bir əhəmiyyəti yoxdur. Dünən Prezident İlham Əliyev bu məsələlərə aydınlıq gətirdi. Zəngəzur dəhlizinin dekabr ayına qədər istifadəyə veriləcəyini, sərhədlərin delimistasiyasının baş tutacağını bildirdi. Eyni zamanda Prezident ABŞ-la münasibətlərimizə də toxundu. ABŞ-dan silah alınması məsələsindən bəhs etdi. Əminəm ki, Dövlət Departamenti bunu nəzərə alacaq. Ancaq son vaxtlar Fransa dövləti və birbaşa dövlətin başçısı açıq-aydın Ermənistana dəstək verir, öz ətrafına müəyyən dövlətləri də qoşmağa çalışır. İstəyirlər ki, bu prosesi əksinə çevirsinlər. Buna baxmayaraq 9 noyabr bəyanatının bütün maddələri yerinə yetirilir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top