Arif Hacılı: "Makronun və bəzi başqa siyasi impotentlərin saxta iniltiləri tamamilə əsassızdır"

GÜNDƏM 15 may 2021, 11:39
"Azərbaycan Sərhəd Qoşunlarının hərbi hissələri Zəngəzur bölgəsində Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilir. Yəni biz BMT tərəfindən təsbit olunmuş 86.6 min kv.km ərazimizdən 1 sm. də irəli getməmişik. 
Baş verənlərlə bağlı erməni siyasətçilərinin daxili seçkilərə hesablanmış bəyanatları, Makronun və bəzi başqa siyasi impotentlərin saxta iniltiləri tamamilə əsassızdır".

Demokrat.az
xəbər verir ki, bu fikirləri Müsavat partiyasının sədri Arif Hacılı bildirib. 

Daha sonra Arif Hacılı qeyd edib:

"Bizim populistlərinin sərhədlərimizin bərpa edilməsi prosesini guya ordumuzun yeni hərbi əməliyyatlar nəticəsində Ermənistanın içərilərinə doğru irəliləməsi kimi qələmə verib şadyanalıq etməsi də eyni ilə əsasız və yersiz olmaqla yanaşı, həm də çox zərərlidir.  Azərbaycanın Ermənistanla 1007 km sərhədi var. Bu sərhəd bərpa edilməlidir və ediləcək".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top