Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı

GÜNDƏM 14 may 2021, 13:16
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci polis bölməsində çalışıb.

Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top