Rüstəm Muradov Qarabağdan gedir — Yeni komandan təyin olunub

QARABAĞ 13 may 2021, 11:00
Rusiyadanın Qarabağda yerləşdirilən sülhməramlı qüvvələrin komandanı Rüstəm Muradov bu ayın sonunda vəzifəsini general-leytenant Aleksey Avdeevə təhvil verəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistanın NEWS.am portalı Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayıb.

Məlumatda bildirilir ki, general Avdeev qısa müddətdə bölgəyə gələcək və ayın sonunadək vəzifələrinə başlayacaq.

Qeyd edək ki, general Avdeev 17 may 1967-ci ildə Daşkənddə (Özbəkistan)  anadan olub. Sverdlovsk Suvorov Hərbi Məktəbini bitirib. Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif komandanlıq vəzifələrində xidmət edib. 1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirib.  2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Rusiya Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən Cənubi Hərbi Dairə komandirinin müavini. Şimali Qafqaz bölgəsindəki döyüş əməliyyatlarının iştirakçısı olub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top