İran Hələbdə Baş Konsulluq açır

DÜNYA 12 may 2021, 23:59
İran Suriyanın Hələb şəhərində Baş Konsulluq açacaq.

"TASS"ın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, bu barədə qərar Suriya prezidenti Bəşər Əsəd və Suriya Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq qəbul edilib:

"İranın Suriyadakı Baş Konsulluğunun açılmasının iki ölkə arasında iqtisadi, mədəni və ticarət əməkdaşlığını genişləndirəcəyinə ümid edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top