Dövlət başçısı Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanış oldu


SİYASƏT 12 may 2021, 20:49
Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada oldular.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən bərpa işləri ilə bağlı məlumat verildi.

Qeyd olundu ki, burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılacaq və inzibati bina ən müasir səviyyədə yenidən qurulacaq.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top