Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

SOSİAL 12 may 2021, 17:10
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 328 159 nəfər koronavirusa yoluxub. Onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib, aktiv xəstə sayı 13 612 nəfərdir.

Azərbaycanda son gün ərzində 7 155, hazırkı dövrədək isə 3 353 167 test aparılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top