Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir

QARABAĞ 12 may 2021, 11:16
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi ilə bağlı instaqramda paylaşım edib.

Demokrat.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top