Teymur Rəcəbovun yeni rəqibi 17 yaşlı şahmatçı oldu


İDMAN 11 may 2021, 13:03
Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun şahmat üzrə Çempionlar Turunun yeddinci mərhələsində rəqiblərindən birinin adı məlum olub.

Demokrat.az xəbər verir ki, bu, hindistanlı Arçun Erikaisidir. 17 yaşlı şahmatçı dünən həmyerlisi Adiban Basukaranı 3,5:2,5 hesabı ilə məğlub edərək bu turnirdə oynamaq hüququ əldə edib.

Yeddinci mərhələ 26 iyun - 4 iyul tarixlərində baş tutacaq.

Qeyd edək ki, bundan öncə 23-31 may tarixlərində altıncı mərhələ keçiriləcək. Burada beşinci mərhələnin üçüncüsü Şəhriyar Məmmədyarovun iştirak etməyəcəyi dəqiqdir. İştirakçıların əksəriyyətinin adına bu həftə içində aydınlıq gələcək.

Xatırladaq ki, Teymur Rəcəbov bu turnirdə bütün mərhələlərdə topladığı 109 xalla üçüncüdür.(oxu.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top