Paşinyanın avtomobil karvanı qəzaya uğradı

DÜNYA 10 may 2021, 12:50
Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın avtomobil karvanı qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında  baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı müşayiət edən avtomobilin iştirakı ilə İrəvanda Mərkəzi Bank yaxınlığında böyük bir qəza baş verib. Hadisə yerinə çox sayda polis qüvvələri cəlb edilib. 

Qəzanın səbəbləri araşdırılır.(yeniavaz.com)





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top