Deputat: "Dünyanı abad edilmiş Qarabağla bir daha heyrətləndirəcəyik"

MÜSAHİBƏ 06 may 2021, 10:11
Bizimyol.info-nun müsahibi Təhlükəsizilik orqanlarının ehtiyatda olan zabiti, deputat Arzu Nağıyevdir.

Müsahibəni təqdim edirik:

- Arzu müəllim, məğlub olsalar da ermənilər sərhədlərimizdə özlərini məğlub kimi aparmırlar. Bir neçə gün öncə sərhədçilərimizlə baş verən insident də cəmiyyətimizi qıcıqlandırdı.

Arzu Nağıyev

- Belə prosseslər davam edəcək. İyun ayında onlarda seçkilər keçirilənə qədər bu kimi təxibatlar çox olacaq. Ermənilərin özlərini inandırdıqları, öz haqlarında yaratdıqları miflər məhv olub, bununla barışa bilmirlər. Onlar indiyədək sərhəd qorumayıblar.  Sərhədi qoruyan rus qoşunları olub.İndi sərhəddə üzbəüz gəliblər bizimkilərlə və çalışırlar ki, nə olur olsun insident baş versin, dünyaya car çəksinlər ki, Azərbaycan onlara nəsə eləyib. Mən terror anklavının yaradılması məsələsinə də toxunmaq istəyirəm.Mənim də iştirak etdiyim beynlxalq  konfranslarda onlar  bir neçə məsələni daim qabardırlar. Azərbaycan guya onlara hücum eləyib. İkincisi Qənimətlər Parkının yaradılmasını insan haqlarına zidd kimi təqdim etməyə çalışırlar.Onların qabartdığı üçünü məsələ hərbi əsirlərdir.

- Bəs  biz niyə təzminatımızı tələb eləmirik? Müdafiə Nazirliynin hesablamasına görə, 850 milyard dollarlıq zərər vurblar. Nəyi gözləyirik?

- Onları qorxudan əsas məsələ də bizim bu məsələni qabardacağımızdır. Müdafiə Nazirliyinin dediyi məbləği beynəlxalq qurumlar təsdiq eləməlidirlər. Cənab  Prezident də bəyan etdi ki, bunun üzərində iş gedi , ortaya sənəd qoyulacaq və bu məsələyə qayıdılacaq.

- İrandan Qarabağa yük daşınması barədə videoları hansı tərəf yaymış ola  bilər?

- Yoxlanılmamış məsələlərlə bağlı açıqlamalar verilməsini düz hesab eləmirəm. Regional dövlətlərlə münasibətimizi  korlamaq  üçün atılmış addımlar ola bilər. İndi o yardımın içində nə olduğunu sübut edə bilmərik.Onlar bizim qonşularımızdır və münasibətləri yaxşı saxlamaq  üçün  çalışırıq.

-  Biz belə deyirik,  bəs qonşularımız da deyirmi?

- Hər bir dövlətin öz xarici siyasəti var. Xarici siyasətdə də dostluq nadir görülür. Məsələn Türkiyə Azərbaycan münasibətlərinin analoqu düşünürəm ki yoxdur. Özünü yaxşı aparmayan qonşulara gəlincə, bu dövlətlər bir-birləri ilə addımlar atırlarsa, bu onların dostluğundan yox, ortaq maraqlarından irəli gəlir.

- Rusiya noyabr ayının 10-da anidən həmlə törətdi və nəticə etibarilə gəldi Qarabağa yerləşdi. 5 il sonra çıxmaq zamanı gəlincə də eyni təxribatlar ola bilərmi? Çünki, rus sülhməramlıların fəaliyyətini nizamlayan dəqiq qaydalar da yoxdur

- Rus sülhməramlıların burda yerləşməsi 10 noyabr sazişi və sülhməramlılar haqqında beynəlxalq səviyyədə qanunlarla tənzimlənir.5 il sonra onların getməsi qanunla əsaslanıb. 5 ilə qayıdış baş tutsa, bizləri barışdırası sülhməramlıya da ehtiyac qalmayacaq.

-  Bu qədər minalar varkən və xəritələr verilməzkən, 5 ilə köçün baş tutacağına əminsiniz?

- Əsas problem minalardan təmizlənmə məsələsidir.Zəngilanda artıq Ağalı 1, Ağalı 2, Ağalı 3 kəndlrinin təməli qoyulub.

- Minalardan təmizlənmə müharibədən sonra  büdcəyə ağır yük olmayacaq? Neçəyə  başa gələcək?

- Əsas insan amili vətəndaşın sağlamlığıdır. Torpağı qan töküb almışıqsa bu təmizlənməlidir. KİV-də ermənilərin verdiyi məlumata görə, 450 milyon dollar minaların basdırılmasına sərf ediblər. Bu qədər minalara milyonlar sərf ediblərsə, mütləq xəritələr də var. Minatəmzilənməsi üzrə ən bahalı vəziyyət Körfəz müharibəsində, İraq və Küveyt arasındakı müharibdən sonra qeydə alınmışdı.Təxminən bir kvadratkilometri 1 milyon dollara təmiziləyirdilər. Orda 4 minə yaxın köməkçi qüvvələrdən, xarici dövlətlərdən gətirilmiş ən yüksək texnikalardan istifadə olunmuşdu.Amma unutmaq olmaz ki, mina təhlükəsi birdən birə başa çatmayacaq. II dünya müharibəsindən 70 il keçib, hələ də partlamamış minalar tapılır, mərmilər aşkarlanır. Xaotik basdırılmış minalar ,  partlamamış mərmilər var. Zamanla bunun fəsadları yaşanacaq.İlk növədə kommunikasiyaların altı təmizlənməlidir. Vaxt baxımından birinci  kommunikasiyalardır, sonra yaşayış məntəqləri təmizlənməlidir. Biz müharibəni böyük əzmkarlıqla qalib kimi başa vurduq. Abadlıq, yenidən quruculuq işlərini də eyni əzmlə yaradıb cənnət Qarabağla dünyanı  bir daha heyrətdə buraxacağıq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top