MSK hərəkətə keçdi: Bələdiyyə üzvlərinin vəsiqələri təqdim edilir

DAXİLİ SİYASƏT 05 may 2021, 16:37
Belediyye.info-da bələdiyyə üzvlərinə vəsiqələrin bir ildən artıq müddətdə verilməməsiylə bağlı müəllif yazısından sonra bələdiyyələrdən bu gün daxil olan məlumata görə, artıq MSK bununla bağlı hərəkətə keçib. Yəni bələdiyyə üzvlərinə vəsiqələrin verilməsinə başlanılıb.

Geniş rezonans doğuran bu məsələnin hansı səbəbdən ləngidilməsi barədə açıqlama olmasa da, yazıda qaldırılan məsələlərin tezliklə həll edilməsi hər halda təqdirəlayiq haldır.

Düşünmək olar ki, bələdiyyələrin qaşrılaşdığı digər problemlərdə belə tezliklə öz həllini tapacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top