Azər Qəribov: "Hərbi siyasət kinodan da qəliz məsələdir, imkan verək bilənlər görsün bu işi..."

GÜNDƏM 05 may 2021, 09:48
"Zəngilanda hava limanı nəyə laızmdır" deyənlər, ciddisiniz?

Məgər sirdir ki, istənilən mülki hava limanı potensial və ehtiyatda olan hərbi aerodromdur? 

Yoxsa elə bilirsiniz PUA-lar sizin dronlarınız kimi evlərinizin damından qalxır səmalara? 

O bölgədə nə qədər çox uçuş-eniş zolağımız olsa, bir o qədər milli təhlükəsizlik nəzərindən bizə vacib və önəmlidir.

Zamanında "Qəbələdə hava limanı nəyə lazım" deyənlər də var idi, Gəncə atəşə tutulanda isə məhz Qəbələ oldu F-16-lar üçün ehtiyat məkanı. 

Hərbi siyasət kinodan da qəliz məsələdir, imkan verək bilənlər görsün bu işi...

Azər Qəribov
Teleaparıcı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top